
OnePlus Ace 3 barəsində bəzi rəsmi məlumatlar verilib
Cihazlar+
28.12.2023
Emil
OnePlus şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində OnePlus Ace 3 smartfonunun tizer posterlərini təqdim edib. Təqdim edilmiş tizer posterlərdə isə sözügedən smartfonun bəzi texniki imkanları əks olunub. Beləliklə tizer posterlərə əsasən OnePlus Ace 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 4500 nit təşkil edəcək. Daha öncəki məlumatlara əsasən smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 5500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, OnePlus Ace 3 smartfonu 4 yanvar tarixində təqdim olunacaq.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
