
OnePlus Ace 3 barəsində yeni rəsmi məlumatlar verilib
Cihazlar+
30.12.2023
Emil
Dünən OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus Ace 3 smartfonunun kameraları vasitəsilə çəkilmiş foto nümunələri təqdim etdi. Bugün isə şirkət sözügedən smartfon barəsində digər məlumatları verib. Beləliklə şirkətin təqdim etmiş olduğu yeni tizer posterlərə əsasən OnePlus Ace 3 smartfonu ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını və stereo səsgücləndiriciləri əldə edəcək. Üstəlik smartfonun ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Həmçinin OnePlus Ace 3 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirəcək və Wi-Fi 7 dəstəyini əldə edəcək. Məlumata əsasən smartfon 3 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
