
OnePlus Ace 3 Pro-nun bir sıra texniki imkanları açıqlanıb
Cihazlar+
28.03.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonu üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfonun bəzi texniki göstəricilərini açıqlayıb. İnsayderin sözlərinə əsasən OnePlus Ace 3 Pro-nun arxa paneli şüşədən hazırlanacaq və smartfon metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək. Bununla yanaşı insayder qeyd edib ki, smartfon çox güman ki, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, OnePlus Ace 3 Pro 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. OnePlus Ace 3 Pro-nun yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 3V təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti Çində öz yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Ace 3V-dən gedir.

Cihazlar+
OnePlus Ace 3V-nin konkret təqdimat tarixi elan edilib
Keçən həftə OnePlus şirkəti rəsmi şəkildə təsdiqlədi ki, OnePlus Ace 3V smartfonunun təqdimatı bu həftə ərzində baş tutacaq.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Nord CE 4 barəsində yeni rəsmi məlumatlar verilib
OnePlus özünün Nord seriyasının yeni smartfonu olacaq OnePlus Nord CE 4-ün təqdimatını artıq anons edib.

Cihazlar+
OnePlus Ace 3V subflaqman smartfonlar seqmentində ən performanslı modellərdən biri olacaq
Təqdimata sayılı günlərin qalmasına baxmayaraq OnePlus şirkəti OnePlus Ace 3V smartfonu barəsində məlumatlar verməyə davam edir.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Ace 3V-nin yeni real fotoları ortaya çıxıb
Dünən OnePlus şirkəti rəsmi şəkildə açıqladı ki, OnePlus Ace 3V smartfonu artıq gələn həftə təqdim olunacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
