
OnePlus Ace 3 Pro-nun əsas texniki özəllikləri açıqlanıb
OnePlus şirkəti yanvar ayında OnePlus Ace 3 smartfonunu təqdim etmişdi. İndi isə şirkət OnePlus Ace 3 Pro smartfonu üzərində çalışır. İnsayderlər OnePlus Ace seriyasında hazırlanan bu yeni smartfonun texniki imkanları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən OnePlus Ace 3 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM yaddaşını və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
İnsayderlər bildiriblər ki, OnePlus Ace 3 Pro 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Söhbət, Sony IMX890 adlı 50 MP-lik kamera sensorundan gedir. Qeyd etmək lazımdır ki, adi OnePlus Ace 3 modeli də məhz sözügedən əsas arxa kameraya sahibdir. Hazırlanan OnePlus Ace 3 Pro barəsində digər bir məlumat verilməyib. Onun nə zaman təqdim olunacağı da açıqlanmayıb. Lakin bunun yaxın zamanda baş tutacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...