main-post-cover

    OnePlus Ace 3 Pro olduqca böyük həcmli batareyanı əldə edəcək

    Cihazlar+
    14.06.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti bu ilin əvvəlində OnePlus Ace 3 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun Pro versiyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində OnePlus Ace 3 Pro smartfonu barəsində yeni təfərrüatları təqdim edib. İnsayderin təqdim etmiş olduğu məlumatlar smartfonun batareyasını əhatə edirlər.
         Beləliklə insayderin sözlərinə əsasən smartfon yüksək enerji sıxlığına sahib batareyanı əldə edəcək və onun həcmi 6100 mAh təşkil edəcək. Bununla yanaşı insayder əlavə edib ki, OnePlus Ace 3 Pro smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Smartfonun digər texniki imkanlarına gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranı əldə etməli, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Nord CE4 Lite smartfonunun real fotosu ortaya çıxıb
    oneplus-nord-ce4-lite-smartfonunun-real-fotosu-ortaya-cixib
    OnePlus 13-ün arxa kameralarının hansı kamera sensorlarından təşkil olunacaqları məlum olub
    oneplus-13-un-arxa-kameralarinin-hansi-kamera-sensorlarindan-teskil-olunacaqlari-melum-olub
    OnePlus 13-ün texniki göstəriciləri barəsində yeni təfərrüatlar təqdim edilib
    oneplus-13-un-texniki-gostericileri-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    OnePlus Pad 2 planşeti Geekbench testlərindən keçib
    oneplus-pad-2-planseti-geekbench-testlerinden-kecib
    Qatlana bilən OnePlus Open 2 smartfonu barəsində ilk məlumatlar verilib
    qatlana-bilen-oneplus-open-2-smartfonu-baresinde-ilk-melumatlar-verilib