main-post-cover

    OnePlus Ace 3 Pro smartfonu bütün OnePlus smartfonları arasında ən böyük həcmli batareyanı əldə edəcək

    Cihazlar+
    13.05.2024
    Emil Nəcəfov
         Biz dəfələrlə məlumat vermişik ki, OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonu üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus tərəfindən hazırlanan bu yeni smartfonun batareya həcmi barəsində məlumat verib. Onun sözlərinə əsasən OnePlus Ace 3 Pro smartfonu OnePlus şirkətinin bütün smartfonları arasında ən böyük həcmli batareyanı əldə edəcək. Belə ki, insayderin sözlərinə əsasən OnePlus Ace 3 Pro-da ikili batareyadan istifadə ediləcək və hər bir batareyanın həcmi 2970 mAh təşkil edəcək.
         Bu isə o deməkdir ki, smartfon ümumilikdə 5940 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Digər bir məlumata əsasən isə smartfonun batareya həcmi çox güman ki, 6100 mAh kimi qeyd ediləcək. Bununla yanaşı məlumata əsasən OnePlus Ace 3 Pro 100 və ya 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Digər texniki göstəricilərə gəldikdə, OnePlus Ace 3 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı gözlənilir. Smartfonun yay fəslində təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13 ilə OnePlus 13R-in arxa panel dizaynları sərgilənib
    oneplus-13-ile-oneplus-13r-in-arxa-panel-dizaynlari-sergilenib
    OnePlus Pad 2 planşetinin əsas texniki imkanları açıqlanıb
    oneplus-pad-2-plansetinin-esas-texniki-imkanlari-aciqlanib
    Android 15-i əldə edəcək OnePlus cihazlarının siyahısı təqdim edilib
    android-15-i-elde-edecek-oneplus-cihazlarinin-siyahisi-teqdim-edilib
    OnePlus 13-ün dizaynı ortaya çıxıb
    oneplus-13-un-dizayni-ortaya-cixib
    OnePlus Ace 3 Pro-nun əsas texniki özəllikləri açıqlanıb
    oneplus-ace-3-pro-nun-esas-texniki-ozellikleri-aciqlanib