
OnePlus Ace 3 smartfonu iPhone 15 Pro-ların özəlliklərindən birini əldə edəcək
Cihazlar+
15.11.2023
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı smartfonlardan biri də OnePlus Ace 3-dür. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfon barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayder bildirib ki, OnePlus Ace 3 smartfonu titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahib smartfonlar siyahısına daxil olacaq.
Bununla yanaşı OnePlus Ace 3 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Kameralara gəldikdə isə OnePlus Ace 3-ün 50 MP + 50 MP + 8 MP üçlü arxa kameraya sahib olacağı gözlənilir. OnePlus Ace 3-ün 2024-cü ilin əvvəlində təqdim olunacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus 12-nin daha bir özəlliyi rəsmi şəkildə məlum olub
OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus 12 flaqman smartfonunun özəlliklərini bölüşməyə davam edir.

Cihazlar+
OnePlus 12-nin vacib özəlliklərindən biri məlum olub
OnePlus şirkətinin yeni flaqman smartfonu olacaq OnePlus 12 barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.

Elm & Texnologiya
OnePlus Watch 2 smart saatı təqdimata hazırlaşır
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti yeni smart saatını təqdim etməyə hazırlaşır.

Cihazlar+
OnePlus 12-nin əsas arxa kamerasının hansı brendə sahib olacağı məlum olub
İnternetdə OnePlus 12 flaqman smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir.

Cihazlar+
OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələr təqdim edilib
OnePlus şirkətinin Çin şöbəsi üzrə prezidenti olan Li Jie hələ təqdim edilməmiş OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələri Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bölüşüb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
