
OnePlus Ace 3 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
07.01.2024
Emil
OnePlus şirkəti Çində OnePlus Ace 3 adlı yeni smartfonunu təqdim edib. Sözügedən yeni smartfon yüksək parlaqlıq səviyyəsinə sahib ekranı, performanslı prosessoru və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Ace 3 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfon həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus 3 Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, 84.2 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma, 89 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OnePlus Ace 3 Çin bazarında 8 yanvar tarixində satışa çıxacaq. Onun qlobal versiyası olacaq OnePlus 12R isə bu ayın sonuna yaxın OnePlus 12-nin qlobal versiyası ilə birlikdə təqdim olunmalıdır. OnePlus Ace 3-ün Çin bazarındakı satış qiymətlərinə gəldikdə, onun 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 365$-a, 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası 420$-a, 16 GB RAM-a və 1 TB yaddaşa sahib versiyası isə 490$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 3 barəsində yeni rəsmi məlumatlar verilib
Dünən OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus Ace 3 smartfonunun kameraları vasitəsilə çəkilmiş foto nümunələri təqdim etdi. Bugün isə şirkət sözügedən smartfon barəsində digər məlumatları verib.

Cihazlar+
OnePlus Ace 3-ün kameraları ilə çəkilmiş foto nümunələr təqdim edilib
4 yanvar tarixində OnePlus Ace 3 smartfonunun təqdimatı baş tutacaq.

Cihazlar+
OnePlus Buds 3 naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb
Dünən təqdimatı anons edilmiş cihazlardan biri də OnePlus Buds 3 naqilsiz qulaqlığı oldu.

Cihazlar+
OnePlus Ace 3 barəsində bəzi rəsmi məlumatlar verilib
OnePlus şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində OnePlus Ace 3 smartfonunun tizer posterlərini təqdim edib.

Cihazlar+
OnePlus 12R-in reklam fotoları ortaya çıxıb
Dünən OnePlus şirkəti OnePlus 3-ün təqdimatını rəsmi şəkildə anons etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
