OnePlus Ace 3-ün fotosu, texniki göstəriciləri və satış qiymətləri təqdim edilib
Cihazlar+
22.12.2023
Emil
Çinin China Telecom adlı mobil operatoru OnePlus şirkətinin gələn ayın əvvəlində təqdim edəcəyi gözlənilən OnePlus Ace 3 smartfonunun render fotosunu, texniki göstəricilərini və hətta satış qiymətlərini də təqdim edib. Beləliklə məlumata əsasən OnePlus Ace 3 smartfonu 2480х1264 piksel keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirəcək.
Kameralar mövzusunda OnePlus Ace 3 smartfonu 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olacaq. Üstəlik smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. China Telecom-un təqdim etmiş olduğu məlumatda qeyd edilib ki, OnePlus Ace 3-ün 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 465$-a, 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası 520$-a, 16 GB RAM-a və 1 TB yaddaşa sahib versiyası isə 560$-a satılacaq. Qeyd etmək lazımdır ki, OnePlus Ace 3 smartfonu qlobal bazarda OnePlus 12R adı altında satılacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
OnePlus şirkəti OnePlus Ace 3V smartfonu üzərində çalışır
OnePlus şirkəti hal-hazırda OnePlus 12 qlobal versiyasını və OnePlus Ace 3-ün qlobal versiyası olacaq OnePlus 12R-in təqdimatına hazırlaşır.
Cihazlar+
OnePlus 12R-in texniki imkanları açıqlanıb
OnePlus şirkəti 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyasını təqdim edəcək. Onunla yanaşı şirkət həmin gündə həmçinin OnePlus 12R smartfonunu da təqdim etməlidir.
Cihazlar+
OnePlus Ace 3-ün nə zaman satışa çıxacağı məlum olub
OnePlus şirkəti OnePlus 12-nin qlobal versiyası ilə yanaşı həmçinin OnePlus Ace 3 smartfonunun da təqdimatına hazırlaşır.
Cihazlar+
OnePlus 12R-in kamera göstəriciləri təqdim edilib
OnePlus şirkəti hal hazırda OnePlus 12-nin qlobal versiyası ilə yanaşı həmçinin OnePlus 12R smartfonunun da təqdimatına hazırlaşır.
Cihazlar+
OnePlus Nord Buds 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib
OnePlus şirkətinin hazırladığı yeni məhsullardan biri də Nord Buds 3 naqilsiz qulaqlığıdır.
Ən çox oxunanlar