
OnePlus Ace 3-ün nə zaman satışa çıxacağı məlum olub
OnePlus şirkəti OnePlus 12-nin qlobal versiyası ilə yanaşı həmçinin OnePlus Ace 3 smartfonunun da təqdimatına hazırlaşır. İndi isə internetdə OnePlus Ace 3-ün nə zaman satışa çıxacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən OnePlus Ace 3 smartfonu Çin bazarında 4 yanvar tarixində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, OnePlus Ace 3-ün qlobal versiyası OnePlus 12R adlanacaq və o, OnePlus 12-nin qlobal versiyası ilə birlikdə 23 yanvar tarixində təqdim olunmalıdır. Texniki göstəricilərə gəldikdə isə son məlumat sızıntılarına əsasən OnePlus Ace 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 8 MP + 32 MP üçlü arxa kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...