
OnePlus Ace 3-ün təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
27.12.2023
Emil
Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti OnePlus Ace 3 smartfonunun təqdimatını anons edib. Beləliklə şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən OnePlus Ace 3 smartfonu 4 yanvar tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, onun qlobal versiyası olacaq OnePlus 12R-in yanvar ayının sonuna yaxın təqdim olunacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən OnePlus Ace 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP + 32 MP + 8 MP üçlü arxa kamera və 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 3-ün satış qiymətləri açıqlanıb
OnePlus şirkəti rəsmi şəkildə OnePlus Ace 3-ün xarici görünüşünü artıq sərgiləyib.

Cihazlar+
OnePlus Ace 3-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
OnePlus şirkəti dünən söz verdiyi kimi bugün OnePlus Ace 3 smartfonunun xarici görünüşünü sərgiləyib.

Cihazlar+
OnePlus Ace 3-ün sabah sərgilənəcəyi məlum olub
OnePlus şirkətinin CEO-su Liu Zuohu şirkətin yeni smartfonunun təqdimatını rəsmi şəkildə anons edib.

Cihazlar+
OnePlus Ace 3-ün fotosu, texniki göstəriciləri və satış qiymətləri təqdim edilib
Çinin China Telecom adlı mobil operatoru OnePlus şirkətinin gələn ayın əvvəlində təqdim edəcəyi gözlənilən OnePlus Ace 3 smartfonunun render fotosunu, texniki göstəricilərini və hətta satış qiymətlərini də təqdim edib.

Cihazlar+
OnePlus şirkəti OnePlus Ace 3V smartfonu üzərində çalışır
OnePlus şirkəti hal-hazırda OnePlus 12 qlobal versiyasını və OnePlus Ace 3-ün qlobal versiyası olacaq OnePlus 12R-in təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
