
OnePlus Ace 3-ün texniki imkanları açıqlanıb
Cihazlar+
11.12.2023
Emil
OnePlus şirkəti keçən həftə OnePlus 12 smartfonunu təqdim etdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatı ilə yanaşı həmçinin OnePlus Ace 3 smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfon barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən OnePlus Ace 3 smartfonu metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək və onun arxa paneli şüşə materialdan hazırlanmış olacaq.
Texniki göstəricilərə gəldikdə isə insayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. OnePlus Ace 3 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. O özündə 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Ace 3-ün yaxın zamanda təqdim olunacağı gözlənilir
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus 12-nin qlobal versiyasının təqdimat tarixi rəsmi şəkildə təsdiqlənib
OnePlus şirkəti keçən həftə Çində OnePlus 12 flaqman smartfonunu təqdim etdi.

Cihazlar+
OnePlus 12 təqdim olunub - QİYMƏTİ
Aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti Çində OnePlus 12 flaqman smartfonunu təqdim etdi.

Cihazlar+
OnePlus Nord 5 və Nord CE 5 smartfonlarının hansı prosessorları əldə edəcəkləri açıqlanıb
Görünür, OnePlus şirkəti özünün Nord seriyasına daxil olacaq yeni smartfonlarında MediaTek prosessorlarından imtina etməyi və onları Qualcomm şirkətinin prosessorları ilə əvəzləməyi qərara alıb.

Cihazlar+
Təqdimatdan öncə OnePlus 12-nin yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb
Təqdimatdan bir gün qabaq OnePlus 12 flaqman smartfonunun yeni real fotoları və texniki göstəriciləri ortaya çıxıb.

Cihazlar+
Təqdimata bir gün qalmış OnePlus 12 barəsində yeni rəsmi məlumatlar təqdim edilib
OnePlus şirkəti artıq sabah OnePlus 12 smartfonunu təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
