
OnePlus Ace 3-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
Cihazlar+
26.12.2023
Emil
OnePlus şirkəti dünən söz verdiyi kimi bugün OnePlus Ace 3 smartfonunun xarici görünüşünü sərgiləyib. Təqdim edilmiş fotoda və tizer videosunda smartfon Mingsha Gold adlı gövdə rəngində əks olunub. Fotodan da görmək olar ki, OnePlus Ace 3 smartfonu xarici görünüşcə OnePlus 12-yə bənzəyəcək. Smartfon metal materialdan hazırlanmış gövdəni, ön və arxa paneldən şüşə örtüyü əldə etməlidir. Texniki göstəricilərə gəldikdə isə son məlumat sızıntılarına əsasən OnePlus Ace 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı Snapdragon 8 Gen 2 prosessorunu, 50 MP + 32 MP + 8 MP üçlü arxa kameranı və 5500 mAh enerji tutumlu batareyanı əldə edəcək. OnePlus Ace 3-ün yanvar ayının əvvəlində Çində təqdim olunacağı gözlənilir. Onun qlobal versiyası olacaq OnePlus 12R modeli isə yanvar ayının sonunda OnePlus 12-nin qlobal versiyası ilə birgə təqdim olunmalıdır.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 3-ün sabah sərgilənəcəyi məlum olub
OnePlus şirkətinin CEO-su Liu Zuohu şirkətin yeni smartfonunun təqdimatını rəsmi şəkildə anons edib.

Cihazlar+
OnePlus Ace 3-ün fotosu, texniki göstəriciləri və satış qiymətləri təqdim edilib
Çinin China Telecom adlı mobil operatoru OnePlus şirkətinin gələn ayın əvvəlində təqdim edəcəyi gözlənilən OnePlus Ace 3 smartfonunun render fotosunu, texniki göstəricilərini və hətta satış qiymətlərini də təqdim edib.

Cihazlar+
OnePlus şirkəti OnePlus Ace 3V smartfonu üzərində çalışır
OnePlus şirkəti hal-hazırda OnePlus 12 qlobal versiyasını və OnePlus Ace 3-ün qlobal versiyası olacaq OnePlus 12R-in təqdimatına hazırlaşır.

Cihazlar+
OnePlus 12R-in texniki imkanları açıqlanıb
OnePlus şirkəti 23 yanvar tarixində OnePlus 12-nin qlobal versiyasını təqdim edəcək. Onunla yanaşı şirkət həmin gündə həmçinin OnePlus 12R smartfonunu da təqdim etməlidir.

Cihazlar+
OnePlus Ace 3-ün nə zaman satışa çıxacağı məlum olub
OnePlus şirkəti OnePlus 12-nin qlobal versiyası ilə yanaşı həmçinin OnePlus Ace 3 smartfonunun da təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
