
OnePlus Ace 3V gələn həftə təqdim olunacaq
Cihazlar+
14.03.2024
Emil
OnePlus şirkəti təqdimata hazırlaşan OnePlus Ace 3V-nin bəzi tizer posterlərini Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edib. Beləliklə tizer posterlərindən biri sayəsində məlum olub ki, OnePlus Ace 3V artıq gələn həftə təqdim olunacaq. Digər bir tizer posterində isə qeyd edilib ki, sözügedən smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessorun 18 mart tarixində təqdim olunacağı gözlənilir. OnePlus Ace 3V-nin digər texniki özəlliklərinə gəldikdə, onun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və özündə 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi güman edilir.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
