OnePlus Ace 3V-nin konkret təqdimat tarixi elan edilib
Keçən həftə OnePlus şirkəti rəsmi şəkildə təsdiqlədi ki, OnePlus Ace 3V smartfonunun təqdimatı bu həftə ərzində baş tutacaq. Lakin şirkət konkret təqdimat tarixini açıqlamamışdı. İndi isə şirkət bu məlumatı da təqdim edib. Şirkətin təqdim etmiş olduğu yeni posterlərdən birinə əsasən OnePlus Ace 3V 21 mart tarixində Çində təqdim olunacaq. Bununla yanaşı şirkətin təqdim etmiş olduğu digər bir posterdən məlum olub ki, smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.