
OnePlus Ace 3V-nin real fotosu ortaya çıxıb
Cihazlar+
07.03.2024
Emil
OnePlus şirkətinin növbəti smartfonu olacaq OnePlus Ace 3V-ni hələ təqdim etməməsinə baxmayaraq onun barəsində bir xeyli məlumat artıq ortaya çıxıb. İndi isə sözügedən smartfonun real fotosu ortaya çıxıb. Ortaya çıxmış foto aşağı keyfiyyətdə olsa da smartfonun yeni arxa panel dizaynına nəzər yetirməyə imkan verir. Fotodan da görmək olar ki, OnePlus Ace 3V-nin arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək. Onlar oval formalı kamera sahəsinin daxilində mövcud olacaqlar. Son məlumat sızıntılarına əsasən OnePlus Ace 3V smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun özündə 50 MP-lik əsas arxa kameranı və 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
