
OnePlus Ace 3V-nin texniki göstəriciləri barəsində növbəti məlumatlar verilib
Cihazlar+
27.02.2024
Emil
OnePlus şirkətinin yaxın aylar ərzində OnePlus Ace 3V adlı yeni smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən OnePlus Ace 3V smartfonu Qualcomm-un SM7675 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Snapdragon 7+ Gen 3 prosessorundan gedir. Bununla yanaşı insayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli yastı OLED ekranı əldə edəcək və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, OnePlus Ace 3V-nin qlobal bazarda OnePlus Nord seriyası altında satılacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
