
OnePlus Ace 3V-nin xarici görünüşü render foto vasitəsilə sərgilənib
Cihazlar+
05.03.2024
Emil
Artıq məlumdur ki, OnePlus şirkəti OnePlus Ace 3V smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə çinli insayderlər sözügedən smartfonun xarici görünüşünü render foto vasitəsilə sərgiləyiblər. Təqdim edilmiş fotoda OnePlus Ace 3V-nin arxa paneli əks olunub və fotodan da görmək olar ki, smartfon OnePlus üçün heç də ənənəvi olmayan arxa kamera dizaynını əldə edəcək. Bununla yanaşı fotoya əsasən OnePlus Ace 3V smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Bir neçə gün bundan öncə Digital Chat Station ləqəbli məşhur insayder məlumat vermişdi ki, OnePlus Ace 3V 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli yastı OLED ekranı əldə edəcək və Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
