
OnePlus Ace 3V smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
12.03.2024
Emil
OnePlus-ın təqdimata hazırlaşan yeni smartfonu Geekbench testlərindən keçib. Söhbət, OnePlus Ace 3V-dən gedir. Geekbench məlumatlarına əsasən OnePlus Ace 3V smartfonu 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Məlumatlarda söhbətin hansı prosessordan getdiyi qeyd edilməyib. Lakin çox güman ki, bu, 18 mart tarixində təqdim olunacağı gözlənilən Snapdragon 7+ Gen 3 prosessoru olacaq. Geekbench vasitəsilə həmçinin məlum olub ki, smartfon 16 GB RAM-ı və qutudan Android 14-ü əldə edəcək. OnePlus Ace 3V Geekbench-in bir nüvəli testi çərçivəsində 1416 xal, çox nüvəli testi çərçivəsində isə 4829 xal toplayıb. Smartfonun bu ayın sonunda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
