Logo
    main-post-cover

    OnePlus Ace 3V subflaqman smartfonlar seqmentində ən performanslı modellərdən biri olacaq

    Cihazlar+
    15.03.2024
         Təqdimata sayılı günlərin qalmasına baxmayaraq OnePlus şirkəti OnePlus Ace 3V smartfonu barəsində məlumatlar verməyə davam edir. Dünən şirkət rəsmi şəkildə təsdiqlədi ki, bu yeni smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. Şirkətin təqdim etmiş olduğu yeni tizer posterdə isə qeyd edilib ki, OnePlus Ace 3V LPDDR5x standartlı 16 GB RAM-a və UFS 4.0 standartlı 512 GB yaddaş həcminə sahib olacaq. Beləliklə OnePlus Ace 3V subflaqman smartfonlar seqmentində böyük performansa sahib smartfonlardan biri olacaq. Qeyd etmək lazımdır ki, smartfon gələn həftə təqdim olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Ace 3V subflaqman smartfonlar seqmentində ən performanslı modellərdən biri olacaq | Technote