main-post-cover

    OnePlus Ace 3V təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.03.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti Çində öz yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Ace 3V-dən gedir. OnePlus-ın bu yeni orta büdcəli smartfonu Qualcomm-un Snapdragon 7+ Gen 3 adlı yeni prosessorunu, yüksək təsvir yenilənməsinə sahib ekranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Ace 3V smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Xəbərin əvvəlində də qeyd edildiyi kimi OnePlus Ace 3V smartfonu Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı smartfon 12/16 GB RAM-ı və 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (f/1.8 diafraqma, 79 dərəcə bucaq əhatəsi, avtofokus, 20 qat rəqəmsal zoom, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi) ikili arxa kameraya və 16 MP-lik (f/2.4 diafraqma, 82 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir.
         Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Ace 3V qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda OnePlus Nord seriyası altında satılacağı gözlənilir. OnePlus Ace 3V-nin Çin bazarındakı qiymətləri isə aşağıdakı kimidir.
    - 12 GB RAM + 256 GB yaddaş - 279$
    - 12 GB RAM + 512 GB yaddaş - 319$
    - 16 GB RAM + 512 GB yaddaş - 360$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Ace 3V-nin konkret təqdimat tarixi elan edilib
    oneplus-ace-3v-nin-konkret-teqdimat-tarixi-elan-edilib
    Təqdimata hazırlaşan OnePlus Nord CE 4 barəsində yeni rəsmi məlumatlar verilib
    teqdimata-hazirlasan-oneplus-nord-ce-4-baresinde-yeni-resmi-melumatlar-verilib
    OnePlus Ace 3V subflaqman smartfonlar seqmentində ən performanslı modellərdən biri olacaq
    oneplus-ace-3v-subflaqman-smartfonlar-seqmentinde-en-performansli-modellerden-biri-olacaq
    Təqdimata hazırlaşan OnePlus Ace 3V-nin yeni real fotoları ortaya çıxıb
    teqdimata-hazirlasan-oneplus-ace-3v-nin-yeni-real-fotolari-ortaya-cixib
    İnsayderlər OnePlus Ace 3V-nin konkret təqdimat tarixini açıqlayıblar
    insayderler-oneplus-ace-3v-nin-konkret-teqdimat-tarixini-aciqlayiblar