main-post-cover

    OnePlus Ace 5-in texniki özəllikləri barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    06.08.2024
    Emil Nəcəfov
         OnePlus şirkətinin hələ bir neçə müddət bundan öncə OnePlus Ace 3 Pro smartfonunu təqdim etməsinə baxmayaraq şirkət artıq OnePlus Ace 5 üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində hazırlanan bu yeni smartfon barəsində bəzi məlumatları təqdim edib. Məlumata əsasən şirkət Ace seriyasının növbəti smartfonunun adında 4 rəqəmini istifadə etməkdən imtina edib. Səbəb isə çox sadədir. Belə ki, Çində 4 rəqəmi uğursuz hesab edilir.
         Buna görə də şirkət birbaşa OnePlus Ace 5-ə keçid etmək qərarına gəlib. İnsayder bildirib ki, OnePlus Ace 5 smartfonu 6.78 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq. Məlumata əsasən OnePlus Ace 5-də əsas yenilik batareya ilə bağlı olacaq. Belə ki, smartfon 6100 mAh enerji tutumlu batareyaya sahib olacaq və üstəlik 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı yeni smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. OnePlus Ace 5-in ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds Pro 3-nun yeni fotoları və bəzi texniki imkanları təqdim edilib
    oneplus-buds-pro-3-nun-yeni-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən OnePlus Open 2 böyük həcmli yeni növ batareyanı əldə edə bilər
    qatlana-bilen-oneplus-open-2-boyuk-hecmli-yeni-nov-batareyani-elde-ede-biler
    OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-buds-3-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Watch 2R smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2r-smart-saati-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-pad-2-planseti-teqdim-edilib-qiymeti