
OnePlus Ace 5 Mini smartfonu barəsində məlumatlar verilib
Cihazlar+
06.12.2024
Emil
OnePlus şirkəti bu ayın sonuna kimi OnePlus Ace 5 smartfon seriyasını təqdim edəcək. Daha öncə düşünülürdü ki, bu seriyaya iki model daxil olacaq. OnePlus Ace 5 və Ace 5 Pro. Lakin ortaya çıxmış məlumata əsasən seriyaya üçüncü model də daxil ola bilər. Söhbət, OnePlus Ace 5 Mini-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində OnePlus Ace 5 Mini-nin texniki imkanları barəsində məlumatlar verib.
Beləliklə insayderin sözlərinə əsasən bu üçüncü model 1.5K keyfiyyətli 6.3 düym ölçülü ekranla təchiz olunacaq. Smartfonun arxa panelində kameralar üfüqi şəkildə yerləşəcəklər. Məlumatda qeyd edilib ki, kameralardan biri 50 MP-lik olacaq. İnsayder qeyd edib ki, OnePlus Ace 5 Mini smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən OnePlus Ace 5 Mini bu ay ərzində deyil, gələn ilin birinci yarısında təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
