Logo
    main-post-cover

    OnePlus Ace 5 Pro mobil gaming üçün əla seçim ola bilər

    Cihazlar+
    12.12.2024
    Emil
         OnePlus şirkəti hələ OnePlus Ace 5 smartfon seriyasının təqdimat tarixini açıqlamayıb. Lakin təqdimatın gələn həftə baş tutacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. OnePlus Ace 5 və Ace 5 Pro. İndi isə şirkət OnePlus Ace 5 Pro-nun mobil oyunlarda sərgiləyəcəyi performans barəsində məlumat verib. Şirkətin sözlərinə əsasən sözügedən smartfon mobil gaming üçün ən yaxşı cihaz olacaq.
         Məlumatda qeyd edilib ki, OnePlus Ace 5 Pro üçün xüsusi olaraq Fengchi adlı oyun nüvəsi hazırlanıb və o birbaşa Snapdragon 8 Elite prosessoruna inteqrasiya edilib. Nəticədə əsas əməliyyatların yerinə yetirilməsi zamanı mərkəzi prosessora olan yüklənmə 22.74% aşağı düşüb. Bununla belə prosessorun hesablama performansı 49% yüksəlib. Şirkət bildirib ki, OnePlus Ace 5 Pro smartfonu Genshin Impact oyununu 1080p keyfiyyətində 120 fps-lə işə sala biləcək ilk smartfon olacaq.
    Paylaş