Logo
    main-post-cover

    OnePlus Ace 5 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub

    Cihazlar+
    05.12.2024
    Emil
         OnePlus şirkəti bu ayın sonuna kimi OnePlus Ace 5 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. OnePlus Ace 5 və Ace 5 Pro. İndi isə məlum olub ki, OnePlus Ace 5 Pro modeli Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub.
        Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən OnePlus Ace 5 Pro smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına inansaq, adi OnePlus Ace 5 modeli öz növbəsində 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə etməlidir. Qeyd etmək lazımdır ki, adi OnePlus Ace 5-in Snapdragon 8 Gen 3 prosessoru, OnePlus Ace 5 Pro-nun isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş