
OnePlus Ace 5 Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
27.11.2024
Emil
OnePlus şirkəti rəsmi şəkildə elan edib ki, onun təqdim edəcəyi növbəti smartfonlar OnePlus Ace seriyasının smartfonları olacaq. Söhbət, OnePlus Ace 5 və Ace 5 Pro modellərindən gedir. Şirkət bildirib ki, sözügedən smartfonlar artıq dekabr ayında təqdim olunacaqlar. Şirkətin top menecerlərindən birinin sözlərinə əsasən o, OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının performans testlərini müşahidə edib və əldə edilmiş performans nəticələri onu heyrətləndirib. Belə ki, təqdim olunacaq bu smartfonlar performans baxımından digər rəqiblərin smartfonlarını geridə qoyurlar.

Smartfonların konkret olaraq hansı tarixdə təqdim olunacaqları hələ açıqlanmayıb. Lakin bunun yaxın zamanda baş tutacağı gözlənilir. Şirkət həmçinin tizer poster vasitəsilə təsdiqləyib ki, smartfonlardan biri Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Ace 5 Pro modelindən gedir. Adi OnePlus Ace 5-ə gəldikdə isə onun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı güman edilir. OnePlus Ace 5 seriyasının qlobal bazarda OnePlus 13R seriyası altında satışa çıxacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
