
OnePlus Ace 5 Pro-nun prosessor performansı və batareya həcmi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
25.12.2024
Emil
OnePlus şirkəti OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını artıq sabah təqdim edəcək. Təqdimatdan 1 gün öncə isə şirkət OnePlus Ace 5 Pro modeli barəsində rəsmi təfərrüatları bölüşüb. Beləliklə şirkət bildirib ki, OnePlus Ace 5 Pro smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Üstəlik məlumatda qeyd edilib ki, sözügedən prosessor vasitəsilə OnePlus Ace 5 Pro smartfonu AnTuTu testlərində ümumilikdə 3 218 978 xal toplayıb. Şirkət təsdiqləyib ki, sözügedən smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun 100% enerji yığması üçün isə 35 dəqiqə vaxt lazım olacaq.



Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
