
OnePlus Ace 5 və Ace 5 Pro barəsində növbəti təfərrüatlar təqdim edilib
Cihazlar+
05.09.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu ilin sonuna kimi OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OnePlus Ace seriyasının bu yeni smartfonları barəsində yeni təfərrüatları bölüşüb.
Beləliklə insayderin sözlərinə əsasən təqdim olunacaq OnePlus Ace 5 modeli Snapdragon 8 Gen 3 prosessoru, OnePlus Ace 5 Pro modeli isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq insayder qeyd edib ki, bu smartfonlar silisium əsaslı yüksək sıxlığa sahib batareyalar ilə təchiz olunacaqlar və batareyaların həcmləri 6000 mAh-dan yüksək olacaq. Hər iki smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək. Smartfonlardakı ekranların ətraflarındakı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
