main-post-cover

    OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb

    Cihazlar+
    21.08.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti özünün Ace smartfon seriyasının 2 yeni modeli üzərində çalışır. OnePlus Ace 5 Ace 5 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfonların nə zaman təqdim olunacaqlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Ace seriyasının bu yeni smartfonları bu ilin dördüncü rübündə təqdim olunacaqlar. Yəni ilin sonuna yaxın. Çox güman ki, təqdimat ya noyabr ayında ya da dekabr ayında baş tutacaq.
         Bundan əlavə olaraq insayder qeyd edib ki, adi OnePlus Ace 5 modeli Snapdragon 8 Gen 3 prosessoru, Ace 5 Pro modeli isə Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, OnePlus Ace 5 smartfonunun 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranı əldə edəcəyi, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcəyi və 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. OnePlus Ace 5 Pro-nun texniki imkanları ilə bağlı isə hələ heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds Pro 3 flaqman naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-pro-3-flaqman-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Buds Pro 3-ün satış qiyməti ortaya çıxıb
    oneplus-buds-pro-3-un-satis-qiymeti-ortaya-cixib
    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib
    oneplus-13-ile-oppo-find-x8-ultra-nin-on-panelden-nece-gorunecekleri-sergilenib
    OnePlus Buds Pro 3-ün xarici görünüşü sərgilənib
    oneplus-buds-pro-3-un-xarici-gorunusu-sergilenib
    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib
    oneplus-buds-pro-3-naqilsiz-flaqman-qulaqliginin-teqdimati-anons-edilib