OnePlus Ace 6 smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti 27 oktyabr tarixində OnePlus 15 flaqman smartfonunu təqdim edəcək. Lakin həmin tarixdə şirkət digər smartfonunu da təqdim edə bilər. Söhbət, OnePlus Ace 6-dan gedir. İndi isə məlum olub ki, OnePlus Ace 6 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən smartfonun prosessoru özündə 2 ədəd 4.32 GHz tezlikli nüvəni və 6 ədəd 3.53 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər Snapdragon 8 Elite prosessoruna işarə edirlər. Geekbench testlərindən OnePlus Ace 6-nın 16 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3050 xal, çoxnüvəli testi çərçivəsində isə 9440 xal toplayıb.
Paylaş