
OnePlus Ace seriyasına daxil olacaq kompakt ölçülü smartfon hazırlanır
Cihazlar+
19.11.2024
Emil
OnePlus şirkəti özünün OnePlus Ace smartfon seriyasını genişləndirməyə davam edir. Yaxın zamanda şirkətin OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edəcəyi gözlənilir. Lakin görünür, şirkət bununla yetinməyəcək. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus gələn il kompakt ölçülü smartfonunu təqdim edəcək və həmin smartfon OnePlus Ace seriyasına daxil olacaq.
İnsayder bildirib ki, kompakt ölçülü OnePlus Ace modeli gələn ilin ikinci rübündə təqdim ediləcək. İnsayder hazırlanan bu smartfonun texniki imkanları barəsində məlumat verməyib. Lakin görünür, kompakt ölçülü smartfonlar yenidən trendə daxil olurlar. Hələ keçən ay vivo şirkəti kompakt ölçülü vivo X200 Pro mini smartfonunu təqdim etdi. Bu isə öz növbəsində istehsalçıların bu cür smartfonlara maraqlarının yüksək olduğunu sərgiləyir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
