main-post-cover

    OnePlus Buds 3 naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    07.01.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti Çində OnePlus Ace 3 smartfonu ilə birlikdə həmçinin OnePlus Buds 3 adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Beləliklə OnePlus Buds 3 naqilsiz qulaqlıqları 10.4 mm-lik orta tezlikli və 5 mm-lik yüksək tezlikli audio drayverlər ilə təchiz olunublar. Bunun sayəsində qulaqlıqlar həcmli səsi təmin edə bilirlər. Bununla yanaşı qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər. Bunun sayəsində onlar ətraf səs-küyü 45 dB-ə (desibel) kimi boğa bilirlər.
         OnePlus Buds 3-ün daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, eyni anda iki cihaza qoşula bilir. Bunun üçün qulaqlıqlar Bluetooth 5.3 dəstəyinə sahibdirlər. Ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olmadığı halda qulaqlıqlar 9 saat ərzində, funksiyanın aktiv olduğu halda isə 6 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə çalışma müddəti müvafiq olaraq 33 və 22 saat təşkil edir. Onu da əlavə etmək lazımdır ki, qulaqlıqların gövdələri IP55 standartı üzrə, şarj keysinin gövdəsi isə IPX4 standartı üzrə sudan qorunurlar. OnePlus Buds 3 artıq Çin bazarında 70$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda qiyməti isə 99$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Ace 3 təqdim olunub - QİYMƏTİ
    oneplus-ace-3-teqdim-olunub-qiymeti
    OnePlus Ace 3 barəsində yeni rəsmi məlumatlar verilib
    oneplus-ace-3-baresinde-yeni-resmi-melumatlar-verilib
    OnePlus Ace 3-ün kameraları ilə çəkilmiş foto nümunələr təqdim edilib
    oneplus-ace-3-un-kameralari-ile-cekilmis-foto-numuneler-teqdim-edilib
    OnePlus Buds 3 naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb
    oneplus-buds-3-naqilsiz-qulaqliginin-yeni-fotolari-ortaya-cixib
    OnePlus Ace 3 barəsində bəzi rəsmi məlumatlar verilib
    oneplus-ace-3-baresinde-bezi-resmi-melumatlar-verilib