main-post-cover

    OnePlus Buds 3 naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb

    Cihazlar+
    28.12.2023
    Emil Nəcəfov
         Dünən təqdimatı anons edilmiş cihazlardan biri də OnePlus Buds 3 naqilsiz qulaqlığı oldu. İndi isə internetdə sözügedən yeni naqilsiz qulaqlığın render fotoları ortaya çıxıb. Fotolarda qulaqlıq qara və mavi gövdə rənglərində əks olunub. Bununla yanaşı qulaqlıqlar silikon başlıqlara sahibdirlər. Şarj keysi kvadrat formasında reallaşdırılıb. Son məlumat sızıntılarına əsasən OnePlus Buds 3 qulaqlıqları ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar və onların gövdələri IP55 standartı üzrə su damcılarından qorunacaq. Qeyd etmək lazımdır ki, OnePlus Buds 3 naqilsiz qulaqlığı 4 yanvar tarixində OnePlus Ace 3 smartfonu ilə birgə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Ace 3 barəsində bəzi rəsmi məlumatlar verilib
    oneplus-ace-3-baresinde-bezi-resmi-melumatlar-verilib
    OnePlus 12R-in reklam fotoları ortaya çıxıb
    oneplus-12r-in-reklam-fotolari-ortaya-cixib
    OnePlus yeni naqilsiz qulaqlığının təqdimatını anons edib
    oneplus-yeni-naqilsiz-qulaqliginin-teqdimatini-anons-edib
    OnePlus 12R-in nə zaman təqdim olunacağı məlum olub
    oneplus-12r-in-ne-zaman-teqdim-olunacagi-melum-olub
    OnePlus Ace 3-ün təqdimatı rəsmi şəkildə anons edilib
    oneplus-ace-3-un-teqdimati-resmi-sekilde-anons-edilib