
OnePlus Buds 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.05.2025
Emil
OnePlus şirkəti Buds 4 adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Seriyanın əvvəlki modeli ilə müqayisədə bu dəfə aktiv səsboğucu (ANC) funksiyası təkmilləşdirilib və şirkət nisbətən əlçatan qiymətə flaqman səviyyəsində səs keyfiyyəti vəd edir. OnePlus-ın təqdim etdiyi məlumata görə, OnePlus Buds 4-də aktiv səsboğucu sistemin effektivliyi 55 dB-ə (desibel) çatır. Bundan əlavə, xüsusi süni zəka alqoritmi səs-küylü mühitdə belə telefon danışıqları zamanı səsin aydın ötürülməsini təmin edir. Qulaqlıqda OnePlus-un “qızıl səs profili” adlandırdığı funksiya da mövcuddur. Bu xüsusiyyət istifadəçiyə şəxsi seçimlərinə uyğun olaraq qulaqlığın akustik parametrlərini tənzimləməyə imkan verir. Modelin digər bir özəlliyi isə süni zəka dəstəyi ilə həyata keçirilən nitqin tərcüməsi funksiyasıdır. Bu xüsusiyyət smartfonlar birlikdə işləyir. OnePlus Buds 4 qulaqlığının Çin bazarındakı qiyməti 62$-dır. Qulaqlığın qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
