Logo
    main-post-cover

    OnePlus Buds Pro 3 flaqman naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.08.2024
    Emil
         OnePlus şirkəti öz yeni flaqman naqilsiz qulaqlığını təqdim edib. Söhbət, OnePlus Buds Pro 3-dən gedir. Beləliklə sözügedən qulaqlıqlar vakuum konstruksiyasına sahibdirlər və onlar 11 mm-lik audio drayver ilə təchiz olunublar. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdirlər. Bu funksiya sayəsində onlar ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa bilirlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus Buds Pro 2 qulaqlıqları ətraf səs-küyü 48 dB-ə kimi boğa bilirlər. OnePlus Buds Pro 3-də həmçinin ətraf səs-küyün adaptiv boğulması funksiyası reallaşdırılıb. Bu funksiya ətraf mühitdəki səs şəraitinə əsaslanaraq səs-küyü lazımi səviyyədə boğa bilir.
         OnePlus-ın yeni qulaqlıqları onurğanın boyun hissəsinin vəziyyətinin analizi kimi bir imkanı əldə edib. Qulaqlıqlar Android cihazlara sürətli qoşulmanı təmin edən Google Fast Pair texnologiyasını dəstəkləyirlər. Onlar bir dəfə şarj olunandan sonra ətraf səs-küyün boğulması funksiyasının aktiv olduğu halda 5 saat ərzində, bu funksiyasının deaktiv olduğu halda isə 10 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstəricilər müvafiq olaraq 22.5 saat və 43 saat təşkil edir. OnePlus Buds Pro 3-də həmçinin naqilsiz Qi şarj texnologiyasının dəstəyi reallaşdırılıb. Məlumata əsasən qulaqlıqlar 10 dəqiqə ərzində şarj prosesində olduqdan sonra 5.5 saat ərzində çalışırlar. OnePlus Buds Pro 3 artıq satışa çıxıb və onun qiyməti 199 avro təşkil edir.
    Paylaş