Logo
    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib

    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib

    Cihazlar+
    13.08.2024
         OnePlus şirkəti yeni naqilsiz flaqman qulaqlığının təqdimatını anons edib. Söhbət, OnePlus Buds Pro 3-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni naqilsiz qulaqlıq 20 avqust tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən OnePlus Buds Pro 3 qulaqlıqları ikili audio drayver ilə təchiz olunacaqlar. Söhbət, 11 mm 6 mm-lik audio drayverlərdən gedir. Üstəlik qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa biləcəklər. Bundan əlavə olaraq qulaqlıqların gövdələri IP54 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahib olmalıdırlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib