main-post-cover

    OnePlus Buds Pro 3-nun yeni fotoları və bəzi texniki imkanları təqdim edilib

    Cihazlar+
    01.08.2024
    Emil Nəcəfov
         SmartPrix saytı OnePlus-ın hələ təqdim edilməmiş yeni naqilsiz qulaqlığının fotolarını və bəzi imkanları barəsində məlumatları təqdim edib. Söhbət, OnePlus Buds Pro 3-dən gedir. Təqdim edilmiş fotolara əsasən qulaqlıqlar vakuum konstruksiyasına sahib olacaqlar. Şarj keysi isə oval formaya sahib olacaq. Məlumatda qeyd edilib ki, OnePlus Buds Pro 3 ikili audio drayver ilə təchiz olunacaq. Audio drayverlərdən biri 11 mm-lik, digəri isə 6 mm-lik olacaq.
         Bununla yanaşı qulaqlıqların gövdələri IP54 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahib olacaqlar və ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcəklər. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa biləcəklər. Məlumatda həmçinin qeyd edilib ki, OnePlus Buds Pro 3 Bluetooth 5.4 dəstəyinə sahib olacaq və bir dəfə şarj olunandan sonra 43 saat ərzində çalışa biləcək. Çox güman ki, OnePlus Buds Pro 3 yaxın aylar ərzində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən OnePlus Open 2 böyük həcmli yeni növ batareyanı əldə edə bilər
    qatlana-bilen-oneplus-open-2-boyuk-hecmli-yeni-nov-batareyani-elde-ede-biler
    OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-buds-3-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Watch 2R smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2r-smart-saati-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-pad-2-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Nord 4 smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-nord-4-smartfonu-teqdim-edilib-qiymeti