
OnePlus Buds Pro 3-ün satış qiyməti ortaya çıxıb
Cihazlar+
16.08.2024
Emil
OnePlus şirkəti dünən OnePlus Buds Pro 3-ün xarici görünüşünü sərgilədi. Şirkətin bu yeni naqilsiz qulaqlığı 20 avqust tarixində təqdim ediləcək. İndi isə OnePlus Buds Pro 3-ün hansı qiymətə satılacağı məlum olub. Belə ki, yeni naqilsiz qulaqlıq Flipkart adlı online mağazasında ortaya çıxıb. Online mağazada qeyd edilmiş məlumata əsasən OnePlus Buds Pro 3-ün qiyməti 13 999 rupi təşkil edəcək. Bu isə təqribi olaraq 170$ təşkil edir. Qeyd etmək lazımdır ki, ortaya çıxmış satış qiyməti yalnız Hindistan bazarı üçün nəzərdə tutulub. OnePlus Buds Pro 3-ün digər regionlardakı satış qiymətləri daha fərqli ola bilər.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
