main-post-cover

    OnePlus Buds Pro 3-ün xarici görünüşü sərgilənib

    Cihazlar+
    15.08.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti öz yeni naqilsiz flaqman qulaqlığının təqdimatını artıq anons edib. Söhbət, OnePlus Buds Pro 3-dən gedir. Bu yeni naqilsiz qulaqlıq 20 avqust tarixində təqdim olunacaq. Lakin şirkət 20 avqustdakı təqdimatı gözləmədən artıq indidən OnePlus Buds Pro 3-ün xarici görünüşünü sərgiləyib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş fotoya əsasən qulaqlıqlar bire qədər yenilənmiş dizaynı əldə edəcəklər və onların sahib olacaqları şarj keysinin səthi dəriyə bənzər material ilə örtülü olacaq.
         Gözləntilərə əsasən OnePlus Buds Pro 3 qulaqlıqları ikili audio drayver ilə təchiz olunacaqlar. Söhbət, 11 mm 6 mm-lik audio drayverlərdən gedir. Üstəlik qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa biləcəklər. Bundan əlavə olaraq qulaqlıqların gövdələri IP54 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahib olmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds Pro 3 naqilsiz flaqman qulaqlığının təqdimatı anons edilib
    oneplus-buds-pro-3-naqilsiz-flaqman-qulaqliginin-teqdimati-anons-edilib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    OnePlus Ace 5-in texniki özəllikləri barəsində ilk məlumatlar verilib
    oneplus-ace-5-in-texniki-ozellikleri-baresinde-ilk-melumatlar-verilib
    OnePlus Buds Pro 3-nun yeni fotoları və bəzi texniki imkanları təqdim edilib
    oneplus-buds-pro-3-nun-yeni-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən OnePlus Open 2 böyük həcmli yeni növ batareyanı əldə edə bilər
    qatlana-bilen-oneplus-open-2-boyuk-hecmli-yeni-nov-batareyani-elde-ede-biler