
OnePlus-ın kompakt ölçülü smartfonu barəsində yeni təfərrüattlar təqdim edilib
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, bir çox şirkət kimi OnePlus da öz kompakt ölçülü smartfonu üzərində çalışır. Smartfonun necə adlanacağı hələ bilinmir. Lakin insayderlər OnePlus-ın kompakt ölçülü smartfonu barəsində bəzi təfərrüatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən şirkətin hazırladığı kompakt ölçülü smartfon 1.5K keyfiyyətli 6.3 düym ölçülü ekranla təchiz olunacaq.
Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə üçlü arxa kameranı birləşdirəcək. Gözləntilərə əsasən smartfon 50 MP-lik əsas arxa kameranı, 8 MP-lik ultra geniş bucaqlı kameranı və 50 MP-lik periskop kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon gövdəsinin çərçivəsi metal materialdan hazırlanmış olacaq və sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. OnePlus-ın bu kompakt ölçülü smartfonunun nə zaman təqdim olunacağı bilinmir. Lakin bu, cari ilin ikinci yarısında baş tuta bilər.
Paylaş