Logo
    main-post-cover

    OnePlus Nord 30 SE 5G smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    17.01.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti OnePlus Nord 30 SE 5G smartfonu üzərində çalışır. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, sözügedən smartfon TUV adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb və üstəlik Geekbench testlərindən keçib. Geekbench sayəsində OnePlus Nord 30 SE 5G-nin bəzi özəllikləri məlum olub. Beləliklə məlumata əsasən OnePlus-ın bu yeni smartfonu MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışacaq və özündə 4/6 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 703 xal, çox nüvəli testi çərçivəsində isə 1781 xal toplayıb.
    Paylaş