Logo
    main-post-cover

    OnePlus Nord 4 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    01.05.2024
    Farid
         OnePlus şirkəti hal-hazırda özünün Nord seriyasının bir neçə yeni modelini təqdim etməyə hazırlaşır. Onlardan biri də OnePlus Nord 4-dür. Dünən OnePlus Nord 4-ün hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumat ortaya çıxmışdı. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bununla da smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench bençmarkı OnePlus Nord 4 barəsində dünən olmuş məlumatı təsdiqləyib. Belə ki, smartfon həqiqətən də Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, OnePlus Nord 4 smartfonu qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1875 xal, çox nüvəli testi çərçivəsində isə 4934 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına əsasən bu smartfon 1.5K keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş