
OnePlus Nord 4 smartfonu təqdimata hazırlaşır
OnePlus şirkəti hal-hazırda OnePlus Nord seriyasının yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Nord 4-dən gedir. İnsayderlərin vermiş olduqları məlumata əsasən sözügedən yeni smartfon Audio kod adına sahibdir. İnsayderlər OnePlus Nord 4-ün texniki özəllikləri barəsində ətraflı məlumatlar verməyiblər. Lakin bəzi şayiələrə əsasən o, hələ təqdim olunmamış OnePlus Ace 3V-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. OnePlus Nord 4-ün 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Sözügedən yeni smartfonun bu ilin birinci yarısında təqdim olunacağı güman edilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar