Logo
    main-post-cover

    OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    05.07.2024
    Emil
         OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord smartfon seriyasının yeni modelini təqdim edəcək. Söhbət, OnePlus Nord 4-dən gedir. Dünən sözügedən smartfonun ilk rəsmi fotosu ortaya çıxmışdı. İndi isə insayderlər OnePlus Nord 4-ün detallı texniki özəlliklərini təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord seriyasının bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym ölçülü OLED ekranı əldə edəcək. Ekranın maksimal parlaqlıq səviyyəsi 2150 mAh təşkil edəcək.
         Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda o, 50 MP (optik stabilizasiya) + 8 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə smartfon özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə birlikdə həmçinin OnePlus Buds 3 Pro naqilsiz qulaqlığı və OnePlus Watch 2R smart saatı da təqdim olunacaq.
    Paylaş