Logo
    main-post-cover

    OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb

    Cihazlar+
    15.05.2024
         OnePlus şirkəti hal-hazırda özünün Nord seriyasının iki yeni smartfonunun təqdimatına hazırlaşır. Söhbət, OnePlus Nord 4Nord CE 4 Lite modellərindən gedir. İnsayderlər OnePlus Nord seriyasının bu yeni smartfonlarının nə zaman təqdim olunacaqlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları artıq gələn ay qlobal bazarda təqdim olunacaqlar.
         Son məlumatlara əsasən OnePlus Nord 4 smartfonu Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. OnePlus Nord CE 4 Lite smartfonuna gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və Snapdragon 695 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı OnePlus Nord CE 4 Lite modeli 50 MP + 2 MP ikili arxa kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə etməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb | Technote