
OnePlus Nord 5 barəsində bəzi məlumatlar verilib
Cihazlar+
14.02.2024
Emil
OnePlus şirkəti hal-hazırda Nord seriyasının yeni smartfonları üzərində çalışır. Onlardan biri də OnePlus Nord 5 olacaq. İndi isə insayderlər OnePlus Nord 5 barəsində bəzi məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Nord 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Məlumata əsasən smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayderlər əlavə ediblər ki, OnePlus Nord 5 özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Smartfon barəsində digər bir məlumat verilməyib. Onun yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
