
OnePlus Nord 5-in bəzi texniki özəllikləri açıqlanıb
Cihazlar+
04.03.2024
Emil
OnePlus şirkəti hal-hazırda özünün Nord seriyasının orta büdcəli Nord 5 smartfonu üzərində çalışır. İnsayderlər isə sözügedən smartfonun texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM-ı birləşdirəcək. Batareya mövzusuna gəldikdə isə smartfon 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Məlumatda həmçinin qeyd edilib ki, OnePlus Nord 5-in arxa paneli şüşə material ilə əhatə olunacaq və o özündə plastik materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək. OnePlus Nord 5-in yay fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
