
OnePlus Nord 5 və Nord CE 5 smartfonlarının hansı prosessorları əldə edəcəkləri açıqlanıb
Cihazlar+
05.12.2023
Emil
Görünür, OnePlus şirkəti özünün Nord seriyasına daxil olacaq yeni smartfonlarında MediaTek prosessorlarından imtina etməyi və onları Qualcomm şirkətinin prosessorları ilə əvəzləməyi qərara alıb. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən şirkət OnePlus Nord 5 smartfonunu Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan OnePlus Nord 4 smartfonu MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı insayderlərin sözlərinə əsasən OnePlus Nord CE 5 smartfonu da Snapdragon prosessorunu əldə edəcək. Söhbət, Snapdragon 7 Gen 3-dən gedir. OnePlus Nord 5 və OnePlus Nord CE 5 smartfonlarının 2024-cü ildə təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
