
OnePlus Nord Buds 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib
Cihazlar+
12.12.2023
Emil
OnePlus şirkətinin hazırladığı yeni məhsullardan biri də Nord Buds 3 naqilsiz qulaqlığıdır. İndi isə OnLeaks ləqəbli məşhur insayder sözügedən yeni naqilsiz qulaqlığın keyfiyyətli render fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, Nord Buds 3 vakuum konstruksiyasına sahib olacaq və qara gövdə rəngində satışa çıxacaq. Qulaqlıqların sahib olacaqları şarj keysi isə oval formasında olacaq. İnsayderin sözlərinə əsasn qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcəklər. Bununla yanaşı qulaqlıqların gövdələri IP55 standartı, şarj keysinin gövdəsi isə IPX4 standartı üzrə sudan qorunacaqlar. Qulaqlıqlar həmçinin Bluetooth 5.3 texnologiyasını və eyni anda iki cihaza qoşulma imkanını dəstəkləyəcəklər.


Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
