main-post-cover

    OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.07.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti OnePlus Pad 2 planşeti və OnePlus Watch 2R smart saatından əlavə olaraq yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, OnePlus Nord Buds 3 Pro-dan gedir. Beləliklə bu qulaqlıqlar vakuum konstruksiyasına sahibdirlər və özlərində 12.4 mm-lik audio drayveri birləşdirirlər. Bununla yanaşı onlar ətraf səs-küyün aktiv boğulması funksiyasını da dəstəkləyirlər. Bunun sayəsində qulaqlıqlar ətraf səs-küyü 49 dB-ə (desibel) kimi boğa bilirlər.
         OnePlus Nord Buds 3 Pro ətraf səs-küyün boğulması funksiyasının aktiv olmadığı halda bir dəfə şarj olunandan sonra 12 saat ərzində (şarj keysi ilə birlikdə 44 saat), funksiyanın aktiv olduğu halda isə bir dəfə şarj olunandan sonra 5.5 saat ərzində (şarj keysi ilə birlikdə 20 saat) çalışa bilir. Bununla yanaşı qulaqlıqlar sürətli şarj texnologiyasının və Android cihazlara sürətli qoşulmanı təmin edən Google Fast Pair texnologiyasının dəstəyinə sahibdirlər. OnePlus Nord Buds 3 Pro 39$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Watch 2R smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2r-smart-saati-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-pad-2-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Nord 4 smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-nord-4-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün yeni keyfiyyətli render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-nord-4-un-yeni-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Təqdimata hazırlaşan OnePlus Watch 2R smart saatının keyfiyyətli render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-watch-2r-smart-saatinin-keyfiyyetli-render-fotolari-teqdim-edilib